"Barselona" rəhbərliyi Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirmək üçün La Liqaya rəsmi müraciət edib.

Offsideplus.az xəbər verir ki, katalonlar artıq bunun üçün sənədləri təqdim edib. La Liqa rəhbərliyi onlardan əldə edəcəkləri məbləğ üçün olan müqavilənin nüsxəsini tələb edib.

Qeyd edək ki, katalonlar Kamp Nou stadionunun VİP zonasının bir hissəsini satmaq üçün bir şirkətlə razılıq əldə edib.