"Real Madrid"in əsas transfer hədəfi bəlli olub.

Offsideplus.az xəbər verir ki, klub Trent Aleksandr-Arnoldu prioritet təyin edib. Bu barədə ispan mətbuatı məlumat yayıb. Klub sağ cinah müdafiəçisini təcili transfer etmək istəyir.

Qeyd edək ki, "Kral klubu"nda həmin mövqedə oynayan Dani Karvahal zədələnərək, uzun müddətə sıradan çıxıb. Klubun qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməsi gözlənilir.