"Barselona" cinah hücumçusu Lamin Yamalın zədələnməsi ilə bağlı rəsmi bəyanat yayıb.

Offsideplus.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Lamin Yamala dizaltı vətərinin dartılması diaqnozu qoyulub. Gənc futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Amma Yamalın sağalma və bərpa müddəti haqqında heç bir məlumat verilməyib.

Qeyd edək ki, sözügedən futbolçu UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Danimarka millisinə qarşı matçda (1:0) zədələnib.