La Liqa nəhənginin "Bayern"nin və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmixi transfer etmək planı var.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi uzun müddətdir ki, istedadlı alman futbolçusunu yarımmüdafiədə Serxio Busketsin əvəzedicisi kimi nəzərdə tutur.

Daha əvvəl bu futbolçu ilə işləyən "Barselona"nın baş məşqçisi Hansi Flik bu transferi tam dəstəkləyir.

Madridin marağına baxmayaraq, Kimmix tarixi və böyüklüyü səbəbindən "Barselona"nı seçməyi düşünür.