"Barselona"nın prezidenti Maliyyə Fair-pleyi məsələsini necə təbzimlədikləri haqda danışıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbəri "Nike" əməkdaşlıqdan imtina etmələrinin səbəbini açıqlayıb:
"Şirkətlə müqavilə bizi özümüzə gətirərdi. Lakin idmanın nəbzi ilə iqtisadi temp bəzən üst-üstə düşmür. Düşündük ki, əməkdaşlıq hazırda nə zəruri, nə də uyğundur. Oyunçuların qeydiyyatının başqa yolu var. Bu işlə Deko məşğul olur. O, futbolçuların gedişinə, icrasına, maaş məsələlərinin qənaətinə nəzarət edir. Biz müqaviləni imzalamaqla maliyyə feyr-pleyini həll edə bilərdik. Amma tələsmiş olacaqdıq. Bu da "Barselona"nın maraqlarına xələl gətirmiş olardı. Ümid verməyi xoşlayıram. Dekabra kimi yeni texniki sponsorumuz bəlli olacaq".