Toni Kroos "Bild" nəşrinə maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, almaniyalı Luka Modriç və Kriştiano Ronaldonun eyni xasiyyətdə insan olduğunu bildirib:

“Düşünürəm ki, xorvatiyalı bacardığı qədər oynamaq istəyir. Bunu heç vaxt istəməzdim. Amma bir il də oynaya bilsə, əla olar. Hər kəsin öz yolu var. Luka və Kriştiano bütün karyeraları boyu uğura valeh olublar. Onlar heç vaxt dayanmayacaqlar. Futboldan həzz almağa davam edirlər. Onlar hər şeydən razıdırlarsa, deməli, işlər qaydasındadır".