"Real"ın baş məşqçisi Karlo Ançelotti ən çox sevdiyi iki klubun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bunların "Real" və "Milan" olduğunu qeyd edib:
"Real"da bir ailə kimiyik. Rəhbərlik etdiyim komandalar arasında isə ən çox "Real"ı və "Milan"ı sevirəm.
2021-ci ildən Madrid klubunda çalışan mütəxəssin komanda ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.