"Barselona" Rafinyanı sata bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı vingerə 50 milyon avro qiymət qoyub.
Məlumatı "Sport.es" yayıb. Futbolçu özü də komandadan ayrılmaq istəyir. Braziliyalı daim əsas heyətdə oynaya biləcəyi "Lids"ə getmək niyyətindədir.
Qeyd edək ki, Rafinya ötən mövsüm "Barselona"nın heyətində 37 matçda 10 qol, 13 məhsuldar ötürmə edib.