Bu gün Kilian Mbappenin təqdimat mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, mərasimdən sonra fransız emosiyalarını azarkeşlərlə bölüşüb.

Hücumçu xəyallarının gerçəkləşdiyini qeyd edib:

"Burada olmaq inanılmaz hissdir. Uzun illər "Real"da oynamağı arzulayırdım. Xəyallarım gerçək oldu. Xoşbəxtəm və buna görə klubun prezidenti  Florentino Peresə təşəkkür edirəm. "Real" oyunçusuyam, bu, mənim üçün hər şey deməkdir. İndi başqa bir arzum var. Dünyanın ən yaxşı klubu ilə uğurlar qazanmaq istəyirəm".

Mbappe Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.