"Barselona"nın futbolçusu Lamin Yamal gələcək karyerası haqda danışıb.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu "Real"dan təklif olarsa, qəbul etməyəcəyini bildirib:

"Karyeram ərzində "Real" forması geyinməyi düşünmürəm. Bu klubdan təklif olarsa, imtina edəcəyəm".

İspaniyalı ötən mövsüm 51 oyunda 7 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun La Liqa təmsilçisi ilə müqaviləsi 2026-ci ilin yayına qədərdir.