"Real Madrid" klubu Cud Bellinqemin İngiltərə millisindəki komanda yoldaşı Mark Qei üçün hərəkətə keçib. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" ingilis müdafiəçini "Kristal Pelas"dan transfer etmək istəyir. "Real Madrid" bu yay Markı heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, 23 yaşlı futbolçu ilə "Arsenal", "Tottenhem", "Barselona" və "Yuventus" klubları da maraqlanır. Oyunçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-26 mövsümünün sonunda başa çatacaq. 2021-ci ildən "Kristal Pelas" forması geyinən Mark bütün turnirlər üzrə 111 oyuna çıxıb.