"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos komandadan ayrıla bilər.
Offsideplus.az "TodoFichajes" nəşrinə istinadən xəbər verir ki, futbolçu "kral klubu"nun rəhbərliyindən müqaviləyə xitam verilməsi üçün xahiş edib.
27 yaşlı ispan daha çox meydana çıxa biləcəyi komandaya keçmək istəyir. Madrid təmsilçisinin cavabının nə olacağı isə hələlik məlum deyil.
Yarımmüdafiəçinin La Liqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
O, geridə qalan mövsümdə 27 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.