Münhen "Bavariya"sının 28 yaşlı yarımmüdafiəçisi Yozua Kimmix "Barselona"nın transfer hədəfindədir.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, futbolçunun transferi qışda və ya cari mövsümün sonunda baş tuta bilər. Potensial transfer əməliyyatının dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kimmix 2015-ci ilin yayından Münhen təmsilçisində çıxış edir. Onun hazırki müqaviləsinin müddəri 2024/2025 mövsümünün sonuna qədərdir.