Madrid "Real"ı baş məşqçi postuna yenidən Joze Mourinyonu gətirmək niyyətindədir.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "kral klubu" portuqaliyalı mütəxəssisi komandanın "sükanı"nı tərk edəcəyi gözlənilən Karlo Ançelottinin əvəzləyicisi olaraq görür.

Belə ki, Ançelotti Braziliya yığmasına keçidi gözlənilir və "Real" rəhbərliyi bu səbəbdən Mourinyo ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2010-2013-cü illər ərzində Madrid klubunda çalışıb. O, hazırda "Roma"nın baş məşqçisidir.