"Real Madrid" ÇL-nin yarımfinalında 4:0 hesabı ilə "Mançester Siti"yə uduzaraq, mübarizəni dayandırıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş məşqçi Karlo Ançelotti komandadakı gələcəyi barədə açıqlama verib. 

"Mənlə bağlı şübhələr yoxdur. Prezidentin (Florentino Peres) 15 gün öncəki fikirləri tamamilə aydın idi. Gələn mövsüm də burada olub, ÇL titulu üçün savaşacam". 

Qeyd edək ki, italiyalı mütəxəssisin "Kral klubu" ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatır.

 

Günay Xəlil