"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis Braziliya millisinin onunla maraqlandığını təsdiqləyib:
"Doğrudur ki, Braziliya milli komandası məni istəyir. Bu, məni məmnun etdi. Lakin mən müqaviləmə sadiq qalmaq və hörmət etmək istəyirəm. "Real Madrid"i sevirəm. "Real"dan sonra karyeramı bitirmək? Buna indi cavab verə bilmərəm. "Real" icazə verənə kimi buradayam".
Qeyd edək ki, "Kral klubu"nun baş məşqçi ilə yollarını ayırmaq istədiyi ilə bağlı iddialar yayılıb.