"Real”ın hücumçusu Borxa Mayoral karyerasını “Xetafe”də davam etdirəcək.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəflə anlaşıb. “Xetafe” ispaniyalı forvard üçün "kral" klubuna 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Mayoral geridə qalan mövsüm icarə əsasında “Xetafe”də çıxış edib.