Antuan Qrizman üçün yeni təklif var.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 31 yaşlı oyunçu ilə "Atletik" yaxından maraqlanır. Müqavilə əsasında "Barselona"ya məxsus olan və son mövsümü icarə əsasında "Atletiko"da keçirən fransalı futbolçu Madrid klubunda qalmaq istəyir.

Qeyd edək ki, Qrizman son mövsümdə "Atletiko" formasıyla 39 matçda 8 qol və 7 məhsuldar ötürmə edib.