"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin mümkün transferi barədə danışıb.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis 22 yaşlı hücumçunun transferinin onun üçün maraqlı olmadığını deyib:

"Yaxın günlərdə (Mbappe ilə bağlı) nə baş verəcək, mənə maraqlı deyil. Çünki komandam çox güclüdür. Heyət istənilən şey üçün mübarizə aparmağa hazırdır. TOP futbolçularımız var və komandamız ulduzlarl doludur. Titullar bu ulduz oyunçular komanda üçün çalışarkən qazanılır. Paltardəyişmə otağındakı atmosfer yaxşıdır, oyunçular işlərinə fokuslanıb. Kiminsə transfer barədə danışmırlar".