İspaniya çempionatının geridə qoyduğumuz mövsümündə ən az qol buraxan qapıçıya verilən Zamora mükafatanı "Atletiko"nun qapıçısı Yan Oblak qazandı.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən bu kuboku qazanan 5 əfsanəvi qolkiperi təqdim edir.

Yan Oblak ("Atletiko Madrid")

WhatsApp Image 2021 05 30 at 16.32.33 2

Ən sonuncusundan başlayaq. "Atletiko"nun sloveniyalı qapıçısı son illərdə dünyanın ən yaxşı seyv edən qolkiperi olaraq tarixə düşərək, 5 dəfə Zamora mükafatına sahib çıxıb (2015-16, 2016-17, 2017-18, 2018-19, 2020-21). 2014-cü ildə "Benfika"dan "matrasçılar"a transfer olunan Oblak, baş məşqçi Dieqo Simeonenin komandasında əsl ulduza çevrilib.

Viktor Valdes ("Barselona")

WhatsApp Image 2021 05 30 at 16.32.33 7

"El Klasiko"dakı rəqibi İker Kasilyas kimi tanınmasa da, Valdes 2005 və ardıcıl 2008-2012-ci illərdə ümumilikdə 5 dəfə Zamora kubokunu əldə edərək həm La Liqa, həm də "Barselona" tarixinə adını yazdırıb. 

Roberto Abbondanseri ("Xetafe")

WhatsApp Image 2021 05 30 at 16.32.33 3

Argentina millisinin sabiq qapıçısı 2006-2007 mövsümündə hər kəsi təəccübləndirərək Zamora mükafatına sahib çıxıb. "Pato" ləqəbli qapıçı "Xetafe"də keçirdiyi 3 mövsüm ərzində azarkeşlərin sevimlisinə çevrilmişdi. 2009-cu ildə La Liqa klubundan ayrılan Roberto, Braziliya "Boka Xuniors"una transfer olundu. Abbondanserinin nə qədər yaşı qapıçı olduğunu yadda çıxarmaq asan olsa da, IFFHHS tərəfindən 2000-ci illərin dünya üzrə ən yaxşı qapıçısı siyahısına daxil edildiyini də unutmayaq.

Santiyaqo Kanyisares ("Selta", "Valensiya")

WhatsApp Image 2021 05 30 at 16.32.33 4

Avropada sarı saçları və cəld refleksləri ilə xatırlanan Kanyisares, karyerası boyunca iki fərqli klubla 4 dəfə Zamora qazanıb. İlk dəfə 1992/93 mövsümündə "Selta"nın heyətində "Deportivo"lu Fransisko Liano ilə kuboka şərikli sahib çıxdı. 1998-ci ildə "Real"dan "Valensiya"ya keçid edən Santiyaqo, "yarasalar"la 3 dəfə mövsümün ən yaxşı qapıçısı mükafatını əldə etdi. 2000/01, 2001/02 və 2003/04 sezonlarında göstərdiyi möhtəşəm performans ispaniyalı qolkiperə Zamora titulunu qazanmaq sevincini yaşatdı.

Jak Sonqoo ("Deportivo La-Korunya")

WhatsApp Image 2021 05 30 at 16.32.33

İlk dəfə 1996/97 sezonunda Zamora tituluna yiyələnən Jak, bu mükafatı qazanan afrikalı ilk oyunçu kimi tarix keçib. Kamerunlu qolkiperin ən yaxşı seçildiyi mövsüm, komandası turnir cədvəlini 3-cü bitirdi. Uzun şalvar geyinməsi ilə məşhur olan Sonqoo,"La-Korunya" ilə 1999/00 mövsümü üzrə La Liqa çempionluğu da qazandı.