Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən 23 mart tarixində İspaniya futbolunda nələrin baş verdiyini təqdim edir:
23 mart, 2008-ci il. Boyan Krkiç "Kamp Nou"nu ayağa qaldırır.
2008-ci ilin 23 martında "Barselona" "Real Valyadolid"i qəbul edirdi. Sentyabrda debüt oyununa çıxmış Boyan Krkiç komandasının 4:1 hesabıyla qalib gəldiyi oyunda bütün qollara öz töhfəsini verdi. Samuel Eto`o və Andres İnyestaya məhsuldar ötürmə ilə yadda qalan 17 yaşlı yarımmüdafiəçi 61 və 83-cü dəqiqələrdə qol vuraraq dubla imza atdı. "Kamp Nou"da azarkeşləri ayağa qaldıran Krkiç performansı ilə hər kəsin sevgisini qazanmağı bacarmışdı.
2011-ci ildə "Barselona"dan "Roma"ya transfer olan Boyan, La Liqada ümumilikdə 117 oyuna çıxaraq 26 qol və 12 məhsuldar ötürməyə imza atıb.