“Real”ın İspaniya La Liqasının 1-ci turundan təxirə salınan “Xetafe” ilə oyununun yeni tarixi təsdiqlənib.

Offsideplus.az xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, fevralın 17-də yox, 9-da keçiriləcək.
Buna “Real”ın İspaniya kubokunda mübarizəni dayandırması səbəb olub. Qrafikində boşluq yarandığı üçün “Real”ın oyunu daha tez keçiriləcək.