“Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın Çinin “Tyantszin Tsyuantsyan” klubuna keçidi gələn həftə açıqlana bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “AS” nəşri xəbər yayıb. Bildirilib ki, tərəflər arasında bütün detallar müzakirə olunub və 33 yaşlı futbolçu yeni mövsümdən Çin klubunun formasını geyinməyə yaxındır.
Qeyd edək ki, İnyesta yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.