"Barselona"nın kapitanı Andres İnyesta gələcək karyerası ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi aprelin 21-də İspaniya kubokunun finalında "Sevilya" ilə keçirilən görüşdən sonra "Barselona"da qalıb-qalmayacağını ictimaiyyətə bildirəcək.
İnyesta ilə "Barsa" arasında bağlanmış ömürlük müqavilənin şərtələrinə görə, futbolçunun sözləşməni aprelin 30-na qədər pozmaq hüququ var.
Qeyd edək ki, daha əvvəl İnyestanın Çinin “Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayacağı haqda xəbər yayılmışdı.