“Barselona”nın futbolçusu Andreas İnyestanın karyerasını harda davam etdirəcəyi məlum olub.

Offsideplus.az xəbər verir ki, İnyesta Çin çempionatına üstünlük verib. Bu barədə məlumatı “Catalunya Radio” yayıb.

İnyesta Çinin “Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, tərəflər anlaşmanı daha bir illiyinə uzada bilərlər. İnyestanın Çində illik məvacibi vergilər çıxılmadan 37 milyon avro olacaq.

İnyesta Çempionlar Liqasının 1/4 finalında “Roma” ilə keçirilən oyundan sonra “ola bilsin ki, bu, mənim ÇL-də son oyunumdu” deməklə, “Barsa”dan ayrıla biləcəyinə işarə etmişdi.