“Barselona” klubunun sabiq futbolçusu Viktor Valdesin yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, keçmiş qapıçı İspaniyanın “Horta” klubuna baş məşqçi təyin olunub. 

Valdes, son olaraq “Barselona”nın U-19 komandasına baş məşqçilik edirdi. O, ötən ilin yayında Kataloniya təmsilçisindən ayrılıb.