Dünyanın ən çox qazanan futbolçusu “Xetafe”də oynayır.
Offsideplus.az xəbər verir ki, hal-hazırda dünyanın ən çox qazanan futbolçusu nə Lionel Messidir, nə də Kriştiano Ronaldo.
Bu məsələ daha çox futboldankənar amillərlə bağlıdır. Belə ki, “Arsenal” və “Milan”ın keçmiş futbolçusu Matye Flamini 2008-ci ildə “GF Biochemichals” adlı şirkətə bir neçə milyon dollar investisiya edib. Həmin şirkət levulin turşusu istehsalı ilə məşğuldur və bu maddə yaxın gələcəkdə neftə alternativ kimi görünür. Hal-hazırda Matyenun milyonları ilə yaranan bu şirkət 30 milyarda avro məbləğində qiymətləndirilir. Müqayisə üçün qeyd edək ki, “Real” (Madrid) klubunun ümumi dəyəri 3 milyard avrodur. Flaminin çıxış etdiyi “Xetafe” klubunun futbolçularının dəyəri cəmi 50 milyon avrodur.