"Barselona"nın baş məşqçisi Hansi Flik komandaya qoşulacağı gözlənilən Joau Kanselu barədə fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis onun çox vacib olduğunu düşünür:

"Kanselu müdafiənin hər iki cinahında eyni səviyyədə oynaya bilir. Heyət dərinliyi üçün mükəmməl bir transfer etdik".

Qeyd edək ki, bu, portuqaliyalı futbolçunun "Barselona"ya ikinci gəlişi olacaq. O, daha əvvəl 2023/24 mövsümündə icarə əsasında katalon klubunda çıxış edib.