La Liqanın XVIII turunda "Selta" "Valensiya"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun sonlarında "Valensiya"nın qapıçısı Xulen Aqirresabala zədələnib və oyuna davam edə bilməyib.
"Yarasalar" 5 əvəzləmə haqqında istifadə etdiyi üçün qapıya Pepelu keçib.
Bu zaman "Selta"nın kapitanı Yaqo Aspas hakimdən artıq görüşü bitirməyi və komanda yoldaşlarından daha sakit oynamağı tələb edib.
Həmin anları sizə təqdim edirik:



