"Barselona"da müdafiə xəttinin gücləndirilməsi prioritet olaraq qalır.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Hansi Flik bu mövqedə başlıca transfer hədəfi kimi “Borussia Dortmund”un mərkəz müdafiəçisi Niko Şlotterbeki görür.

Lakin, klubun idman direktoru Deko daha çox “İnter”in ulduzu Alessandro Bastonini bəyənir. Buna baxmayaraq, italiyalı futbolçunun transferi hazırda çətin görünür: Bastoninin qiyməti çox yüksəkdir və oyunçunun “İnter”dən ayrılmağa isti baxmadığı bildirilir.

Məlumata görə, Bastoninin meneceri bir neçə klubla, o cümlədən “Barselona” ilə əlaqə saxlayır. Buna baxmayaraq, kataloniyalıların əsas real hədəfinin Şlotterbek olduğu qeyd olunur.