"Real Madrid" bu mövsüm təkcə “Santiaqo Bernabeu” stadionundan 400 milyon avrodan çox gəlir əldə etməyi gözləyir.
Offsideplus.az xəbər verir ki, klub tarixində ilk dəfə stadion gəlirlərinin bu qədər yüksələcəyi bildirilir.
Məlumata görə, konsertlər, “Bernabeu Turu”, müxtəlif tədbirlər, restoranlar və “Infinite Bernabeu” kompleksi vasitəsilə stadiondan əldə olunan gəlirlər 31% artacaq. Bu isə klub üçün rekord göstərici hesab olunur.
Modernləşdirilən “Santiaqo Bernabeu”nun artıq yalnız futbol stadionu yox, ildən-ilə böyük kommersiya mərkəzinə çevrilməsi klubun maliyyə dayanıqlığını daha da gücləndirəcək.



