"Real Madrid" məhkəməyə rəsmi müraciət edərək "Barselona" klubunun 2010–2018-ci illər arasındakı bir sıra maliyyə sənədlərinin açıqlanmasını tələb edib.

Offsideplus.az xəbər verir ki, klub hüquqi yolla aşağıdakı məlumatlara çıxış istəyir:

  • "Barselona"nın 2010–2018-ci illər üzrə daxili audit sənədləri
  • Hər il üçün maliyyə hesabatları və xarici audit nəticələri
  • Vergi orqanları ilə keçirilən görüşlərin protokolları

Bu addımın məqsədi "Barselona"nın həmin illərdə referilərin sabiq vitse-prezidenti Joze María Enrike Neqreiraya niyə milyonlarla avro ödədiyini tam şəffaf şəkildə öyrənməkdir.

"Real Madrid" məsələnin tam açıqlığa qovuşması üçün maksimal səviyyədə şəffaflıq tələb etdiyini bildirir.

Məsələ ilə bağlı məhkəmə prosesinin gedişi diqqətlə izlənir.