"Espanyol" Xoan Qarsiyanı qorumaq üçün qapı arxasına tor quraşdıracaq.
Offsideplus.az xəbər verir ki ş, onlar gələn ay "Barselona" ilə keçirəcəyi derbi qarşılaşması öncəsi təhlükəsizlik tədbirlərini gücləndirir.
Klubun qərarına əsasən, stadionda qapı dirəklərinin arxasına xüsusi təhlükəsizlik torları quraşdırılacaq.
Bu addımın məqsədi azarkeşlərin Xoan Qarsiyaya tərəf əşya atmasının qarşısını almaq və bu hal baş verəcəyi təqdirdə kluba tətbiq oluna biləcək mümkün cəzaların qarşısını almaqdır.
"Espanyol" rəhbərliyi qarşılaşmanın sakit və təhlükəsiz şəraitdə keçməsi üçün əlavə tədbirlərin də görüləcəyini bildirib.



