“Real Madrid”in futbolçusu Endrik özünə yeni klub tapıb.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı oyunçu yanvar ayında mövsümün sonuna qədər icarə əsasında “Lyon”a keçəcək.
İki komanda ulduz oyunçunun icarə transferinin bütün aspektləri ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında 47,5 milyon avroya Palmeirasdan Real Madridə keçən Endrikin İspaniya nəhəngində istədiyi qədər oyun vaxtı əldə edə bilməyib.



