"Real Madrid" klubunda daha bir futbolçu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, son olaraq Raul Asensio da "zədəlilər karvanına" qoıulub.
O, bugünkü "Jirona" ilə oyunu infeksiyaya görə buraxmalı olacaq.
"Kral klubu"nun digər müdafiəçiləri David Alaba, Dani Karvahal və Din Huysen də hazırda zədəlidir.
Antonio Rüdigerdən isə yaxşı xəbər gəlib. Almaniyalı futbolçu zədəsini tamamilə sağaldıb.
Qeyd edək ki, "Jirona" - "Real Madrid" matçı noyabrın 31-dən dekabrın 1-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



