"Barselona" klubu 125 illik tarixinin unikal rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, onlar indiyədək edə bilmədiklərini etdilər. Katalonlar ardıcıl 45 rəsmi oyundur ki, qol vururlar.
Bu isə onların klub tarixində ilk dəfədir baş verir. Bunu da məhz Hansi Flik baş məşqçiliyində bacardılar.
Onlar daha əvvəl 1944-cü ildə ardıcıl 44 rəsmi oyunla rekord vurmuşdular.



