"Real Madrid" Alvaro Karrerası transfer etdikdən sonra iki sol cinah müdafiəçisindən biri ilə vidalaşacaq.

Offsideplus.az xəbər verir ki, ya Ferlan Mendi, ya da Fran Qarsiya "kral klubu"nu tərk edəcək. Hər iki futbolçu klubda qalmaq istəsə də, bu mümkün görünmür.

Bu barədə "AS" nəşri məlumat yayıb.

"Real Madrid" F. Qarsiya üçün 25-30 milyon avro, Mendi üçün isə 14 milyon avro tələb edir. İki cinah müdafiəçisinin də müqaviləsi də 2027-ci ilin yayında bitir.