"Barselona" klubu Xoan Qarsiyanı transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı qapıçı ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Onun üçün "Espanyol"a 25 milyon avro ödəniləcək.

Bu barədə katalon klubunun rəsmi saytı məlumat yayıb.

X. Qarsiya 2021-ci ildən "Espanyol"un əsas komandasında çıxış edirdi. O, burada 67 oyuna çıxıb və bu oyunların 21-də qapısını qola bağlamağı bacarıb.