"Barselona" 24 yaşlı qapıçı Xoan Qarsiya ilə şəxsi məsələlərdə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, katalon klubu onun sərbəstqalma məbləği olan 25 milyon avronu "Espanyol" ödədikdən sonra keçidi rəsmiləşdirəcək.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Blauqrana"nın Qarsiyanın gəlişindən sonra Mark Andre ter Ştegenlə yolları ayıracağı gözlənilir. Voytsex Şensnınin isə komandada qalacaq.
3-cü qapıçı olan İnyaki Penya üçün gələn təkliflər dəyərləndiriləcək.