"Real Madrid" klubunun prezidenti Florentino Peres Klublararası Dünya Çempionatının ilk qalibi olmaq istəyir.
Offsideplus.az xəbər verir ki, ona görə "kral klubu" çempionat başlayanda qədər bir neçə transferi bitirmək istəyir. Onlar son olaraq "Çelsi"nin futbolçusu Entso Fernandes ilə şəxsi məsələlərdə razılığa gəlib.
Bu barədə Argentina mətbuatı məlumat yayıb.
"Zadəganlar" Madrid təmsilçisinin futbolçusu Rodriqo ilə maraqlanır. Klublar futbolçularını dəyişdirə bilər.
"Real Madrid" Din Heysen transferini artıq bitirib. Alvaro Karreras üçün "Benfika" ilə danışıqlar davam edir. Trent Aleksandr-Arnoldun da azad agent kimi İspaniya nəhənginə qoşulacağı gözlənilir.



