"Real Madrid" yayda Rodriqo ilə vidalaşmağı düşünür.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ilə "Çelsi" yaxından maraqlanır. "Kral klubu" onun yerinə Niko Vilyamsı transfer etməyi planlaşdırır.

Bu barədə "MARCA" nəşri məlumat yayıb.

Vilyamsın "Atletik" ilə müqaviləsində 58 milyon avroluq sərbəstqalma bəndi var. "Real Madrid" bu məbləği ödəməyə hazırdır.

O, cari mövsüm 44 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.