2024-25 mövsümü üzrə Avropanın ən yaxşı gənc oyunçusu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "The Athletic" nəşri bu ada "Barselona"nın gənc ulduzu Lamin Yamalı layiq görüb.
Qeyd edək ki, ispaniyalı futbolçu cari mövsüm Kataloniya təmsilçisində İspaniya Super Kuboku, İspaniya Kral Kuboku və İspaniya La Liqasının qalibi olub.