"Real"ın hücumçusu Rodriqo komandadan ayrılacaq bilər.
Offsideplus.az xəbər verir ki, "Çelsi" klubu braziliyalı futbolçu üçün təklif göndərməyə hazırlaşır. Rodriqonun nümayəndələri və "zadəganlar" arasında danışıqlar aparıldığı barədə Braziliya mətbuatında məlumat yayılıb.
Qeyd edək ki, uzun müddətdir ki, Rodriqonun "Kral klubu"nda xoşbəxt olmadığı və komandadan ayrılmaq istəməsi barədə iddialar yayılıb. Futbolçunun "El Klasiko"da oynamaqdan imtina etdiyi bildirilirdi.