"Atletiko" klubu ilk transferini etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi "Vilyarreal"da çıxış edən Aleks Baenanı heyətinə qatır. Bu keçid üçün 55 milyon avro ödənəcək. Tərəflər artıq razılığa gəlib.
Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Baena 10 yaşından bəri "Vilyarreal"da çıxış edir. O, cari mövsüm La Liqada 30 oyunda 6 qol vurub və 10 məhsuldar ötürmə edib.