"Barselona" klubu "Mançester Siti"nin futbolçusu Abdukodir Xusanov ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "blauqrana" özbək müdafiəçini icarəyə götürməyi planlaşdırır.

Bu barədə "Carpetas Blaugranas" məlumat yayıb.

Xusanov bu ilin yanvarında "Mançester Siti"yə transfer olub. "Şəhərlilər" onun üçün "Lans" klubuna 40 milyon avro ödəyib.

Onun Premyer Liqa nəhəngi ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

21 yaşlı futbolçu "şəhərlilər"in heyətində 9 oyuna 1 qol vurmağı bacarıb.