"Real Madrid" klubunda Karlo Ançelottinin cari mövsümün sonunda gedişi gündəmdədir. 

Offsideplus.az xəbər verir ki, italyan mütəxəssisi əvəz edəcək əsas namizəd "Bayer"in baş məşqçisi Xabi Alonsodur. Bu barədə insayder David Ornstein məlumat yayıb. Ançelotti də bu gün baş tutan mətbuat konfransında klubdakı gələcəyinin sezonun sonunda bəlli olacağını açıqlayıb.

Leverkuzen klubunun hücumameyilli yarımmüdafiəçisi Florian Virts karyerasını "Real"da davam etdirmək istəyir. O, "Kral klubu" ilə Çempionlar Liqası və "Qızıl Top" mükafatı qazanacağına inanır. 21 yaşlı futbolçu bu yay Madrid təmsilçisinə transfer olunmaq arzusundadır. Eyni zamanda "Real" da gənc futbolçunu heyətində görmək istəyir. Virtsin klub seçimləri arasında "Mançester Siti" və "Bavariya" da var.