"Real Madrid" klubu Karlo Ançelotti ilə yollarını ayırması halında müvəqqəti baş məşqçi ilə anlaşacaq. 

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə əsas namizəd aşağıdakıdır: Raul Qonsales. Ançelotti gedərsə, adıçəkilən mütəxəssis "Kral klubu"na Klublararası Dünya Kubokunda baş məşqçilik edəcək. 

Qeyd edək ki, italyan mütəxəssis 2021-ci ildən bəri "Real"ı çalışdırır. Raul hazırda "Real"ın B komandasının sükanı arxasındadır.