Luka Modriç daha 1 il Madrid "Real"ında qalmaq istəyir.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi 2026-cı ilin iyununa qədər "kral klubu"nda çıxış etməyi arzulayır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Modriç 2012-ci ildən bəri "Real"da çıxış edir. O, İspaniya nəhənginin heyətində ümumilikdə 579 oyuna çıxıb və 6 dəfə Çempionlar Liqasının qalibi olub.