"Düşünürəm ki, "Barselona"nın qatı fanatı olduğuma heç kimin şübhəsi yoxdur. Mən burada qalmağı çox istəyirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Barselona"nın hücumçusu Lamin Yamal deyb.
17 yaşlı futbolçu Kataloniya təmsilçisinə həmişə sadiq qalmaq istədiyini nəzərə çatdırıb: "Digər klublardan göndərilən təkliflər mənə çatmır. Əgər belə təkliflər mənim ətrafımdakılardan kiməsə çatdırılsa belə, mənə bunu söyləməzlər. Çünki mənim "Barselona" ilə müqaviləm var. Başqa kluba transfer mənim üçün qeyri-mümkündür. Mən 7 yaşımdan Barselonada böyümüşəm. "Barselona" "La Toretta"dan savayı karyeramı keçirdiyim yeganə klubdur. Hər şeyə görə bu komandaya borcluyam".
L.Yamal son vaxtlar La Ligada geniş müzakirə olunan hakimlik məsələsinə də toxunub: "Hakimlərin işi çox çətindir. Əgər mübahisəli epizodda bir komandanın xeyrinə qərar qəbul edirsənsə, digər kollektiv narazı qalır. Hər iki klub razı olanda isə üçüncü tərəf etirazını bildirir. Şikayətlənməyə həmişə kimsə tapılacaq. Fikrimcə, "Barselona", "Real", "Atletiko" kimi klublar hakimlərdən gileylənməli deyillər".


