"Barselona"nın futbolçusu Pedri gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano yayıb. Təcrübəli yarımmüdafiəçi bunları söyləyib:
"Hazırda agentlərim "Barselona" ilə yeni müqavilə ilə bağlı danışıq aparırlar. Məncə, hər şey yaxşı olacaq. Proseslər gözlədiyim şəkildə gedir".
Qeyd edək ki, "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.